Главная > Baş Xəbər / Araşdırma > Azərbaycanda kimlər general-polkovnikdir? – Siyahı

Azərbaycanda kimlər general-polkovnikdir? – Siyahı


29-06-2020, 09:34.

             Azərbaycanda kimlər general-polkovnikdir? – Siyahı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verildi.

Uluyol.info-nun məlumatına görə, Azərbaycanda bununla da sözügedən general-polkovnik rütbəsi daşıyanların sayı 19-a çatıb. Bundan əvvəl isə, 18 məmura general-polkovnik rütbəsi verilib.

Sözügedən rütbəylə təltif edilən şəxslərin adlarını təqdim edirik:

1. Zakir Həsənov – Müdafiə naziri

2. Nəcməddin Sadıqov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi

3. Ramil Usubov – Eks Daxili İşlər naziri, Prezident yanında Təhlukəsizlik Şurasının katibi

4. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri

5. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi

6. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi

7. Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi

8. Namiq Abbasov – Azərbaycanın sabiq milli təhlükəsizlik naziri

9. Səfər Əbiyev – Sabiq müdafiə naziri

10. Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri

11. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)

12. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri

13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)

15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik)

16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri

17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri

18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini

19. Vilayət Eyvazov – Daxili İşlər naziri

 

 
Uluyol.info

Вернуться назад