Главная > GÜNDƏM > Azərbaycanda koronavirusa daha 508 nəfər yoluxdu: 6 nəfər vəfat e

Azərbaycanda koronavirusa daha 508 nəfər yoluxdu: 6 nəfər vəfat e


23-06-2020, 19:06.

        Azərbaycanda koronavirusa daha 508 nəfər yoluxdu: 6 nəfər vəfat etdi

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 508 yeni yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Uluyol.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6464, ötən müddət ərzində isə ümumilikdə 432 858 test aparılıb.

 


Вернуться назад