Главная > Aktual > Xəzəryanı ölkələrin ətraf mühit və ekologiya nazirlərinin 6-cı iclasının Bakıda keçirilməsi təklif olunub

Xəzəryanı ölkələrin ətraf mühit və ekologiya nazirlərinin 6-cı iclasının Bakıda keçirilməsi təklif olunub


10-06-2020, 08:26.

       Xəzəryanı ölkələrin ətraf mühit və ekologiya nazirlərinin 6-cı iclasının Bakıda keçirilməsi təklif olunub

 

İran Xəzəryanı ölkələrin ətraf mühit və ekologiya nazirlərinin altıncı iclasının tez bir zamanda Bakıda keçirilməsini istəyir.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidentinin müavini və bu ölkənin Ətraf Mühitin Qorunması təşkilatının sədri İsa Kələntəri bu gün Xəzəryanı ölkələrin iştirakı ilə keçirilən videokonfransdan sonra jurnalistlərə deyib.

O, daimi katibliyin yaradılması haqqında qərar qəbul edildiyini və bu qərarın ekologiya sahəsində bir çox problemlərin həllində qlobal həmrəyliyin artacağını bildirib.

Kələntəri qeyd edib ki, 10 illik proqramın hazırlanması və Xəzəryanı ölkələrin sıx əməkdaşlığı ilə Xəzər dənizinin çirklənməsinin qarşısını almaq olar.

Qeyd edək ki, Xəzəryanı ölkələrin ətraf mühit və ekologiya nazirlərinin bugünkü videokonfransında Tehran sazişinin icrası haqqında müzakirələr aparılıb.

 


Вернуться назад