Главная > Dünya > Burundi prezidenti vəfat edib

Burundi prezidenti vəfat edib


10-06-2020, 09:32.

             Burundi prezidenti vəfat edib

 

Burundi prezidenti Pyer Nkurunziza dünyasını dəyişib.

"Report” "Anadolu” agetnliyinə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin bəyanatında deyilir.

İnformasiyaya əsasən, dövlət başçısı 55 yaşında vəfat edib. Ölkə rəhbərinin ölümünə səbəb ürək tutması olub.

Bildirilir ki, prezident iyunun 7-də gecə özünü pis hiss edib, bundan sonra onu xəstəxanaya yerləşdiriblər.

Nəticədə Nkurunzizanın səhhəti yaxşılaşıb, amma artıq iyunun 8-də onun səhhəti kəskin pisləşib.

Həkimlər bir neçə saat ərzində prezidentin həyatı uğrunda mübarizə aparıblar, amma onu xilas etmək mümkün olmayıb.

Pyer Nkurunziza - Burundi prezidenti postunu 26 avqust 2005-ci ildən tuturdu.

 


Вернуться назад