Главная > İdman > Lionel Messi koronavirusdan danışdı

Lionel Messi koronavirusdan danışdı


27-05-2020, 22:02.

                 Lionel Messi koronavirusdan danışdı

 

Argentina millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi koronavirusun insanların həyatına təsirindən danışıb.

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu pandemiyanın hamı üçün gözlənilməz olduğunu söyləyib.

Təcrübəli oyunçu bildirib ki, bu cür qeyri-müəyyənlikdə və qeyri-adi vəziyyətdə yaşamaq, işləmək asan deyil: "Pandemiyanın olacağını və müəyyən zamanlarda baş verə biləcəyini söyləyən insanlar var idi. Amma hər şeyin belə alınacağını ağlıma da gətirməzdim. Koronavirusun demək olar ki, bütün dünyaya bu qədər böyük təsir göstərəcəyini düşünməzdim. Hamımız işə, məşqə və yarışlara qayıdacağımız vaxtı bilmək istəyirik. İstənilən futbolçu üçün konsentrasiyanı saxlamaq vacibdir".

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

 


Вернуться назад