Главная > Cəmiyyət > Müsavat başqanı Arif Hacılı Paşinyanın iddialarının səbəblərindən yazdı
Müsavat başqanı Arif Hacılı Paşinyanın iddialarının səbəblərindən yazdı17-05-2020, 21:45. |
Müsavat başqanı Arif Hacılı Paşinyanın iddialarının səbəblərindən yazdıMüsavat Partiyasının başqanı Arif Hacılı Paşinyanın Məmməd Əmin Rəsulzadə haqqında iddialarına reaksiya verib. Musavat.com Arif Hacılının facobook profilində paylaşılmış açıqlamasını diqqətinizə təqdim edir: "Əvvəllər də dediyim sözü bir daha təkrar edirəm:
"Dostlarımız dostlarını yaxşı tanımasalar da, düşmənlərimiz düşmənlərini
yaxşı tanıyır" Rəsulzadə, onun rəhbərlik etdiyi Müsavat Partiyası Cənubi
Qafqazın əksər ərazilərini əhatə edən 114 min kv.km ərazisi olan dövlət
qurmuşdu. Azərbaycan xalqı M.Ə.Rəsulzadənin rəhbərliyi, Müsavat
Partiyasının təşkilatçılığı ilə şərqdə ilk Demokratik Respublika yaratmağa nail
olmuşdu. Həmin dövrdə indiki Ermənistanın bir hissəsində elan
olunmuş daşnak üsul-idarəsi isə Rusiyanın köləsi, bolşeviklərin əlaltısı olan
marianet bir quruluş olmaqla yanaşı, prioritetləri, şovinizm, avtoritarlıq,
terrorçululuq olan bir quruluş idi. Rəsulzadənin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən
biri də onun belə təkliflər almasına baxmayaraq Alman faşist rejimi ilə əməkdaşlıq
etməməsidir. Bununla belə Rəsulzadə Almaniya Xarici İşlər Nazirliyi ilə
apardığı danışıqlar vasitəsi ilə 70 min azərbaycanlı əsirin həyatını xilas
etmiş, onların döyüş əməliyyatlarına göndərilməməsi barədə razılığa nail
olmuşdu. Bircə o faktı qeyd edim ki, Belorusun Xatın kəndinin əksəriyyəti
qadınlar və uşaqlar olan əhalisinin bir saraya toplanıb yandırılmasında faşistlər,
Ukraynalı polisaylarla yanaşı erməni legionerləri də iştirak edib. Azərbaycan legionerlərinin belə cinayətlərdə, hər hansı
kütləvi qırğın tədbirlərində iştirakı barədə heç bir fakt yoxdur. O Azərbaycanın şərəfli tarixinə kölgə salmağa, xalqımızı
mənəvi dayaqlarından məhrum etməyə çalışır. Xatırlayırsızsa, Amerika Birləşmiş Ştatları vitse-prezidenti
(səhv etmirəmsə Bayden) Azərbaycan xalqına Cümhuriyyət günü təbrikində Azərbaycan
Xalq Cümhuriyyətini hüquqi, demokratik bir dövlət kimi nümunə olmasından
yazmışdı. Paşinyanı dindirən, həm də Cümhuriyyətin beynəlxalq
nüfuzu, Azərbaycanda Rəsulzadə ardıcılları tərəfindən yenidən regionun həqiqi
lider dövlətinin yenidən qurulması qorxudur. Paşinyanın Rəsulzadəyə qarşı çıxışları xalqımızın, ilk
növbədə Azərbaycan hakimiyyətinin ciddi nəticələr çıxarması üçün əsasdır. Görək, düzgün nəticə çıxarılacaqmı".
Вернуться назад |