Главная > Maraqlı > Sadəcə bu qidalarla immunitetinizi gücləndirə, xəstəliklərə qalib gələ bilərsiniz - FOTOLAR

Sadəcə bu qidalarla immunitetinizi gücləndirə, xəstəliklərə qalib gələ bilərsiniz - FOTOLAR


15-05-2020, 16:39.

     Sadəcə bu qidalarla immunitetinizi gücləndirə, xəstəliklərə qalib gələ bilərsiniz - FOTOLAR

 

Sadəcə təbii qidalar qəbul edərək xəstəliklərdən qorunmaq və immun sistemini qüvvətləndirmək mümkündür.

Yeganə şərt insanın öz orqanizmini tanıması və hansı qidaya nə qədər ehtiyac duyduğunu bilməsidir.

Mütəxəssislər hər qidadan yetərli miqdarda və ölçülü formada yeyilməsini məsləhət görür. Bunun səbəbi hər qidanın fərqli dəyərlərə sahib olması və orqanizmin bütün qidalara olan ehtiyacıdır.

Ürək-damar sağlamlığını qoruyan qidalar:

- Nar

- Çiy badam, qoz, fındıq və bu kimi çərəzlər

- Yulaf

- Pomidor, qırmızı bibər, qırmızı kələm, kök

- İspanaq, brokkoli, portağal, limon, naringi, banan

- Zeytun yağı

- Gündə 1 fincan yaşıl çay, qəhvə


 

Bağırsağın sağlamlığını qoruyan qidalar:

- Noxud, lobya, mərci

- Qatıq, pendir, turşu, kefir

- Çiy badam

- İspanaq, brokkoli

- Balıq

- Alma, banan


 

Ağciyəri qoruyan qidalar:

- Qara üzüm

- Sarıkök

- Çərəz

- Sarımsaq

- Kələm

- Brokkoli

- Balqabaq

- Kivi

- Portağal

- Çuğundur

- Zəncəfil


 

Dərini qoruyan qidalar:

- Yaşıl çay

- Brokkoli, ispanaq, avokado və yaşıl yarpaqlı tərəvəzlər

- Limon, portağal

- Fındıq, badam

- Zeytun yağı

- Balıq

- Qara şokolad

- Yumurta, qatıq


 

Sümüklərin inkişafını təmin edən qidalar:

- Süd, pendir, qatıq

- Balıq

- Noxud

- Fıstıq, qoz, badam

- Kələm, brokkoli

- Yumurta

- Lobya, mərci

- Göbələk

- Qırmızı ət


 

Zümrüd, publika.az

 


Вернуться назад