Главная > Kriminal > Bakıda mağazadan min manatlıq siqaret oğurlandı - FOTO

Bakıda mağazadan min manatlıq siqaret oğurlandı - FOTO


12-05-2020, 13:54.

            Bakıda mağazadan min manatlıq siqaret oğurlandı - FOTO

 

Bakıda yerli mağazaların birinə daxil olan oğru oradan külli miqdarda siqaret məhsulları aparıb.

BAKU.WS-in "qaynar xətt"inə daxil olan məlumata görə, hadisə Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində yerləşən "Rahil" marketdə baş verib.

Mayın 6-da gecə saatlarında mağazaya daxil olan naməlum şəxs oradan 1000 AZN-dən çox tütün məhsulları oğurlayıb.

Görüntülərdə oğrunun mağazaya daxil olması, vitrindən tütün məhsullarını yığması və pəncərədən çıxaraq hadisə yerindən uzaqlaşması öz əksini tapıb.

 


Вернуться назад