Главная > İdman > Laporta prezident seçilsə, Qvardiolanı "Barselona"ya gətirməyə çalışacaq

Laporta prezident seçilsə, Qvardiolanı "Barselona"ya gətirməyə çalışacaq


12-05-2020, 11:57.

           Laporta prezident seçilsə, Qvardiolanı "Barselona"ya gətirməyə çalışacaq

 

"Barselona"nı sabiq prezidenti Xuan Laporta növbəti il Kataloniya klubundakı seçkilərdə namizəd olacağını açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə o, "TV3"ə açıqlamasında deyib. Laporta "Barselona"nın çətin bir dönəmdə olduğunu və bu vəziyyətdən çox çalışaraq çıxa biləcəyini söyləyib.

57 yaşlı sabiq prezident seçkilərdə qalib gələcəyi təqdirdə, Pep Qvardiolanı yenidən "Barselona"ya gətirməyi düşündüyünü deyib: "Amma o, hazırda "Mançester Siti"ni çalışdırır və qərarını özü verməlidir. Kataloniyalılar onu yenidən komandanın baş məşqçi vəzifəsində görmək istəyərlər".

Qeyd edək ki, Laporta 2003-2010-cu illərdə "Barselona"nın prezidenti olub.

 


Вернуться назад