Главная > Maraqlı > Ölü bilinən sabiq futbolçunun sağ olduğu ortaya çıxdı - Oyun qurubmuş

Ölü bilinən sabiq futbolçunun sağ olduğu ortaya çıxdı - Oyun qurubmuş


5-05-2020, 10:11.

        Ölü bilinən sabiq futbolçunun sağ olduğu ortaya çıxdı- Oyun qurubmuş

 

Dörd il öncə öldüyü bilinən Almaniyanın "Şalke” klubunun sabiq futbolçusu Hianik Kambanın sağ olduğu ortaya çıxıb.

"Bild” xəbər verir ki, Manuel Noyerlə bir komandada oynamış idmançının 2016-cı ildə vəfat etdiyi barədə məlumat yayılıb. Məlumatda futbolçunun vətəni Konqoda avtomobil qəzasına düşərək öldüyü bildirilirdi. Lakin 33 yaşlı futbolçunun hal-hazırda Almaniyanın Rur bölgəsində yaşadığı ortaya çıxıb. Ehtimala əsasən, H.Kamba sığorta ödənişlərini etməmək üçün ölümü haqqında qurama qurub.

Hal-hazırda Almaniya polisi futbolçunun həyat yoldaşı barədə araşdırma aparır.//oxu.az

 


Вернуться назад