Главная > Mövqe > Həkim xəbərdarlıq etdi: COVID-19 xəstələri bu dərmanları içə bilməz

Həkim xəbərdarlıq etdi: COVID-19 xəstələri bu dərmanları içə bilməz


4-05-2020, 18:52.

          Həkim xəbərdarlıq etdi: COVID-19 xəstələri bu dərmanları içə bilməz

 

Antibiotiklər heç bir halda koronavirus və ya digər yoluxucu xəstəliklərin qarşısını almaq üçün qəbul edilə bilməz.

BAKU.WS RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə həkim Yevgeni Komarovski "İnstagam" səhifəsində paylaşım edib.

"Antibiotiklərin viral infeksiyalara qarşı profilaktik təsir göstərməsi iddiası tibbimizin ən böyük miflərindən biridir", - deyə rusiyalı həkim bildirib.

Mütəxəssis hesab edir ki, belə bir müalicə üsulu, əksinə, bakterial fəsad riskini artıracaq: "Antibiotiklərdən daha çox istifadə olunur, xüsusi bir səbəb olmadan. Çox miqdarda dərmandan davamlı istifadə zamanı bakteriyaların yayılma ehtimalı daha yüksək olur".

 


Вернуться назад