Главная > Siyasət > Azərbaycan Qazaxıstana nota verib
Azərbaycan Qazaxıstana nota verib2-05-2020, 17:00. |
Azərbaycan Qazaxıstana nota veribMayın 2-də Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə,
görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində
Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin
Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları
Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq
etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan
tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin müvafiq notasını təqdim edib. Görüş zamanı X. Xələfov odlu
silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin
sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud
dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib. Вернуться назад |