Главная > Video xəbər > Çox utanıram, vicdan əzabı çəkirəm - Həbs olunan icra başçısı danışdı/Video

Çox utanıram, vicdan əzabı çəkirəm - Həbs olunan icra başçısı danışdı/Video


1-05-2020, 19:19.

           Çox utanıram, vicdan əzabı çəkirəm -Həbs olunan icra başçısı danışdı/Video

Bu kimi əməllərimə görə peşmanam.

Teleqraf.com xəbər verir ki, bu sözləri həbs olunmuş Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş rəhbəri Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyat çəkliş qrupuna izahatında bildirib.

Sabiq başçı törətdiyi əməllərinə görə utandığını söyləyib: "Mən şəxsən buraxdığım səhvlərə, bugünkü durumuma görə çox utanıram, vicdan əzabı çəkirəm”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 



Вернуться назад