Главная > Kriminal > Belarusda iki “qanuni oğru” qumarxanada bir-birini bıçaqlayıb

Belarusda iki “qanuni oğru” qumarxanada bir-birini bıçaqlayıb


30-04-2020, 20:39.

         Belarusda iki "qanuni oğru” qumarxanada bir-birini bıçaqlayıb

 

Belarusun Orşa şəhərində qanuni oğruların iştirakı ilə bıçaqlanma ilə müşayiət olunan dava baş verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 46 yaşlı "qanuni oğru”, kriminal dairələrdə "Mumu” və ya "Slutski” kimi tanınan Oleq Gerasimoviçlə yerli şəhər avtoriteti, "Morozik” ləqəbli Domorosov arasındakı münaqişə soyuq silahlaırn tətbiq olunmasına gətirib çıxarıb.

Domorosov Belarusun əsas kriminal avtoriteti sayılan Aleksandr Kuşneryovun (Kuşner Qomelski) adamı sayılır. Vaxtilə o, Oleq Gerasimoviçin yaxını, digər tanınmış avtoritet Yuri Ostrovskinin (Ostrovok) döyülməsi işinə qarışıbmış. "Mumu” məhz buna görə onunla haqq-hesab çürütmək istəyib.

Qeyd etmək lazımdır ki, "Mumu” və "Kuşner Qomelski”, habelə "Paştet” ləqəbli Pavel Alekseyeviç Belarusda köhnə rəqib "qanuni oğru”lar sayılırlar.

Dünən axşam, saat 22:00-da "Venetsiya qumarxanasında Domorosova hücum təşkil edilib. Hadisə yerində Gerasimoviçdən başqa onun mühafizə rəisi Aleksandr Poznyak da olub. Nəticədə Domorosov çoxlu bıçaq yarası alsa da sağ qurtula bilib.

Maraqlıdır ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları hələ də cinayət işi qaldırmayıb.

 


Вернуться назад