Главная > Baş Xəbər > Azərbaycana təxliyə edilən vətəndaşların sayı 15 mini ötdü

Azərbaycana təxliyə edilən vətəndaşların sayı 15 mini ötdü


30-04-2020, 22:47.

             Azərbaycana təxliyə edilən vətəndaşların sayı 15 mini ötdü

 

"Koronavirus pandemiyası ilə əlaqədar bu günə kimi xaricdə olan 15 mindən artıq azərbaycanlı Vətənə gətirilib. Bundan sonra da yerdə qalan vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün addımlar atılacaq”.

"Report” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva AzTV-nin "Hədəf” verilişində çıxışı zamanı deyib.

XİN rəsmisi qeyd edib ki, "Evə gedirəm” portalı vasitəsilə qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq Rusiyada yaşayan azərbaycanlılar ölkəyə gətirilir: "İlkin mərhələdə 548 vətəndaşımız ölkəyə gətirildi. Növbəti mərhələ üçün də yerdə qalan şəxslərin də ölkəyə gətirilməsi üçün işlər görülür”.

 


Вернуться назад