Главная > Araşdırma > Neft sürətlə bahalaşır - SƏBƏB

Neft sürətlə bahalaşır - SƏBƏB


30-04-2020, 11:56.

             Neft sürətlə bahalaşır -SƏBƏB

 

Dünya bazarında neftin qiymətində ciddi artım müşahidə olunur.

Musavat.com xəbər verir ki, Bakı vaxtı ilə saat 11.09-da Londonun ICE birjasında Brent markalı neftin qiymətində 6,08 faiz bahalaşma qeydə alınıb. Bu markanın iyun fyuçerslərinin bir bareli 23,91 dollara satılır.

Nyu-Yortkun NYMEX elektron birjasında ABŞ-ın WTI neftinin qiyməti isə 12,02 faiz bahalaşaraq 16,81 dollara çatıb.

Bahalaşmanın əsas səbəbi kimi ABŞ hökumətinin əlavə anbar yerləri müəyyənləşdirməsi, mayın 1-dən hasilatın azaldılmasına dair OPEK+ çərçivəsində razılaşmanın qüvvəyə minməsi, nəhayət, Avropa və Çində müşahidə olunan iqtisadi canlanmadır.


Вернуться назад