Главная > Baş Xəbər / Maraqlı > Mayın 4-dən sonra karantin yumşaldılsa... – Baş infeksionist

Mayın 4-dən sonra karantin yumşaldılsa... – Baş infeksionist


29-04-2020, 15:57.

            Mayın 4-dən sonra karantin yumşaldılsa... – Baş infeksionist

 

"Mayın 4-dən sonra koronavirus pandemiyası ilə əlaqədar rayon qeydiyyatında olan vətəndaşların Bakıya girişinə qoyulan məhdudiyyər aradan qaldırıla bilər”.

 

Bunu Qaynarinfo-ya açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

 

O bildirib ki, mayın 4-dən sonra bu istiqamətdə karantin yumşaldılsa, vətəndaşlar tövsiyyələrə əməl etməlidir:

 

"Bu, çox vacib şərtdir. Deyilən qaydalara əməl etmək lazımdır. Əlləri təmiz yuyulmalı, maskadan istifadə etməli və sosial məsafə saxlanılmalıdır. Əməl etməsək, yenidən xəstələnmə halları baş verə bilər”.

 


Вернуться назад