Главная > Dünya > Türkiyənin məşhur teleaparıcısı və ailəsi koronavirusa yoluxdu

Türkiyənin məşhur teleaparıcısı və ailəsi koronavirusa yoluxdu


29-04-2020, 11:21.

       Türkiyənin məşhur teleaparıcısı və ailəsi koronavirusa yoluxdu

 

Türkiyənin "Kanal 7” TV-nin məşhur xəbər aparıcısı Hülya Seloni da koronavirusa yoluxub. Türkiyə mətbuatının yazdığına görə, aparıcı bu barədə özü sosial şəbəkədə məlumat yayıb.

Aparıcı bir müddətdir ki, efirdə görünməməyinin səbəbini özünün və ailəsinin koronavirusa yoluxması ilə əlaqələndirib:"Təəssüf ki, ailəlikcə koronavirusa yoluxmuşuq. Aprelin 12-də simptomlar başladı və virusa yoluxduğumuzu bildik. Müalicəmi tamamlayaraq dünən evə buraxılmışam. Həyat yoldaşım və qızım müalicəni evdə davam etdirdi. Hamımız yaxşıyıq, şükür. Sadəcə, istirahətə ehtiyacımız var”.

 


Вернуться назад