Главная > İqtisadiyyat > Mart ayında turizm sektoru üzrə 44,1 milyon manat itirilib

Mart ayında turizm sektoru üzrə 44,1 milyon manat itirilib


29-04-2020, 10:49.

             Mart ayında turizm sektoru üzrə 44,1 milyon manat itirilib

 

Bu ilin mart ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmində ciddi azalma qeydə alınıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”na əsasən ötən ay bu göstərici 53,9 milyon manat təşkil edib. Ötən ilin mart ayında isə xaricilər ölkəmizdə bank kartları ilə 98 milyon manatlıq əməliyyat həyata keçirmişdilər.

Ümumilikdə isə 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 212 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 271,6 milyon manat təşkil etmişdi.

Göründüyü kimi, 3 ayda baş verən 59,6 milyon manatlıq azalmanın 44,1 milyon manatı məhz sərt karantin tədbirlərinin həyata keçirdiyi mart ayında qeydə alınıb. Bu məbləği əslində Novruz bayramı ilə bağlı turist axınının olduğu mart ayında həyata keçirilən tədbirlərin turizm sektoru üzrə pandemiyanın vurduğu zərərin mühüm bir hissəsi hesab etmək olar.

Dünya, musavat.com

 


Вернуться назад