Главная > Ölkə > 14 ilin icra başçısı - DTX-nin həbs etdiyi Mahir Quliyevin ömürlüyü
14 ilin icra başçısı - DTX-nin həbs etdiyi Mahir Quliyevin ömürlüyü29-04-2020, 14:10. |
14 ilin icra başçısı -DTX-nin həbs etdiyi Mahir Quliyevin ömürlüyüXəbər verildiyi kimi, Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri bu saatlarda Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.Teleqraf.com-un məlumatına görə, artıq rayonun icra başçıcı Mahir Quliyevlə müavini həbs olunaraq Bakıya gətirilib. Xatırladaq ki, Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ali təhsillidir. "Naxçıvan” Universitetini bitirib. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə kimi başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı komissarı”, indiki Səbail rayonun ictimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 8 sentyabr 2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub. Həmin gündən 26 aprel 2011-ci ilədək Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Mahir Quliyev 26 aprel 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvü olan Mahir Quliyev evlidir, 3 övladı var.
Вернуться назад |