Главная > Islam > Ramazanın ilk gününün – Duası, imsak və iftar vaxtı

Ramazanın ilk gününün – Duası, imsak və iftar vaxtı


25-04-2020, 19:47.

           Ramazanın ilk gününün – Duası, imsak və iftar vaxtı

 

Bu gün Ramazan ayının ilk günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 25-də imsak vaxtı saat 04:10-da, iftar vaxtı isə 19:44-dədir.

Birinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

"Allahumməc’əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və’fu ənni ya a’fiyən ənil-mucrimin!”.

Tərcüməsi:”İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündür namaz qılanların namazından hesa et, məni qəflət yuxusundan oyat, bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları əfv edən Allah!”.

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: "İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətənm, sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!”.

 


Вернуться назад