Главная > İdman > Kriştianu Ronaldu "Yuventus"la bağlı qərarını verdi

Kriştianu Ronaldu "Yuventus"la bağlı qərarını verdi


25-04-2020, 19:56.

          Kriştianu Ronaldu "Yuventus"la bağlı qərarını verdi

 

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu hazırkı komandasını vaxtından tez tərk etməyəcək.

"Report"un "Tuttosport"a istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu müqaviləsinin bitəcəyi 2022-ci ilin yayınadək Turin təmsilçisində çıxış etmək niyyətindədir.

Fransa PSJ-sinin onunla maraqlanmasına baxmayaraq, 35 yaşlı forvard İtaliyada qalacaq.

Qeyd edək ki, 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a transfer olunan Kriştiani Ronaldu bu mövsüm A Seriyasında meydana çıxdığı 22 oyunda 21 qol vurub, 3 məhsuldar ötürmə edib.

 


Вернуться назад