Главная > İdman > Zidanın oğlu milli seçimini etdi

Zidanın oğlu milli seçimini etdi


25-04-2020, 15:37.

             Zidanın oğlu milli seçimini etdi

 

"Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Lyuka Zidan Əlcəzair milli komandasında oynamağa razılıq verib.

Qol.az xəbər verir ki, bu barədə "Sports Finding” məlumat yayıb. Bildirilir ki, millinin baş məşqçisi Camel Belmadi 21 yaşlı qapıçı ilə görüşərək onu Əlcəzair vətəndaşlığını qəbul etməyə inandıra bilib. Lyukanın payızdan, dünya çempionatının seçmə mərhələsindən başlayaraq Əlcəzair millisində oynacacağı gözlənilir.

Qeyd edək ki, oğul Zidan Fransanın yeniyetmələrdən ibarət millisində çıxış edib. Onun əslən Əlcazairdən olan atası Zinəddin Zidan isə Fransa A millisində oynayıb.

Xatırladaq ki, müqavilə ilə "Real"a məxsus olan Lyuka hazırda icarə qaydasında "Rasinq"də çıxış edir.

 


Вернуться назад