Главная > Baş Xəbər / GÜNDƏM > Belçikada ölənlərin sayı 7 minə yaxınlaşır

Belçikada ölənlərin sayı 7 minə yaxınlaşır


25-04-2020, 19:21.

        Belçikada ölənlərin sayı 7 minə yaxınlaşır

 

Belçikada son sutkada koronavirusdan daha 241 ölüm hadisəsi qeydə alınıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belçika Səhiyyə Nazirliyinin COVID-19-a Qarşı Mübarizə Qərargahı yayıb.

Məlumata görə, son sutkada daha 1 032 yoluxma faktı qeydə alınıb. Bununla da Belçikada koronavirusa yoluxanların sayı 45 312-yə, ölənlərin sayı 6 917-yə yüksəlib.

Ölkədə pandemiya ilə əlaqədar sosial təcrid mayın 3-dək davam edəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Bildirilib ki, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 2 790 986 nəfərdir. Bu virusdan 781 382 nəfərin sağaldığına dair məlumat yayılıb. Dünya üzrə koronavirusun qurbanlarının sayı isə 195 920-yə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 


Вернуться назад