Главная > Baş Xəbər / Video xəbər > Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah məşqi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah məşqi keçirilib - VİDEO


24-04-2020, 18:20.

           Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah məşqi keçirilib -VİDEO

 

"Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissə qərargahları cəlb edilməklə ikipilləli birgə komanda-qərargah məşqi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Komanda-qərargah məşqində qərargah zabitlərinin vəzifə borclarını praktiki icra etməsinin, zabitlər arasında qarşılıqlı əvəzetmənin və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşmasının yoxlanılması məqsədi qarşıya qoyulub.

Müasir texniki vasitələr üzərindən sərəncamların çatdırılması, idarəetmənin müvəqqəti olaraq bir məntəqədən digərinə ötürülməsi və hərtərəfli təminatın təşkili üzrə qərargahların fəaliyyəti məşq etdirilib.

ULUYOL.AZ


Вернуться назад