Главная > Aktual > “Gəncləri yoluxdurun”-alman həkim koronavirusa qarşı radikal üsul təklif edir

“Gəncləri yoluxdurun”-alman həkim koronavirusa qarşı radikal üsul təklif edir


13-04-2020, 15:34.

           "Gəncləri yoluxdurun”-alman həkim koronavirusa qarşı radikal üsul təklif edir

 

Almaniyanın aparıcı epidemioloqlarından Aleksandr Kekule müxtəlif ölkələrdə tətbiq olunan karantin rejimlərinin zəiflədilməsini və hətta insanları koronavirusla yoluxduraraq onların işə getməsinə icazə verilməsini təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph” qəzeti məlumat yayıb.

Alman ekspertin sözlərinə görə, COVİD-19 üçün peyvəndin 6 aydan tez gələcəyini gözləmək olmaz. Karantindən isə bir an öncə qurtulmaq lazımdır.

A.Kekule karantindən 3 bənd üzrə mərhələlərlə çıxmağı təklif edib.

1.Xroniki xəstliklər daşıyan yaşlı adamlar mütləq təcriddə saxlanılmalıdır.

"Biz onları evdə qalmağa məcbur etməliyik. Əgər küçəyə çıxmaq istəsələr belə həmin insanların FFP tipli tibbi maskalarla təchiz edilməsinə nail olmaq lazımdır.

2."Sosial məsafə”dən "intellektual” rejimə keçilməlidir.

"Biz məsafəni situasiyalara uyğunlaşdırmağı bacarmalıyıq. Məsələn, supermarket kassiri bütün gün ərzində infeksiyaya məruz qalma riski ilə üzləşdiyi üçün onun maska taxması və gigiyenik qaydalara əməl etməsi vacibdir. Taksi sürücüsü isə pulu aldıqdan sonra əlini üzünə toxundurmamalıdır”,-deyə epidemioloq qeyd edib.

3.Almaniyanın gənc əhalisini koronavirusa yoluxdurmalıyıq

"50 yaşdan aşağı olan insanlar nadir hallarda koronavirusdan ölürlər. Biz onlarda kollektiv immunitet əməllə gəlməsinə çalışmalıyıq”,-deyə A.Kekule qəribə təklifini səsləndirib.

Alman həkim uşaqların daha az riskə məruz qaldığını söyləyərək ilk növbədə məktəb və uşaq bağçalarını karantindən çıxarılmalı olduğunu söyləyib. O, buna orta məktəblərin artıq aprel ayından açılacağı Danimarka örnəyini gətirib.

 


Вернуться назад