Главная > Mövqe > Əmək müqavilələrinin sayında 46 min 848 artım qeydə alınıb

Əmək müqavilələrinin sayında 46 min 848 artım qeydə alınıb


13-04-2020, 15:29.

            Əmək müqavilələrinin sayında 46 min 848 artım qeydə alınıb

Özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.

Həmçinin əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib. Bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edir. Aparılan işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, əmək müqavilələrinin sayında artım dinamikası davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, aprelin 1-nə qədər qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 664 min 119 olubsa, aprelin 12-dək bu rəqəm 710 min 967-yə çatıb.

Beləliklə, əmək müqavilələrinin sayında bu ilin aprelin 1-dən 46 min 848 müqavilə, yanvarın 1-dən isə 69 min 478 müqavilə artımı qeydə alınıb.(xezerxeber.az)

 


Вернуться назад