Главная > Siyasət > Türkiyə Rabitə Nazirliyi açıqlama yaydı: Süleyman Soylu vəzifəsində qalır

Türkiyə Rabitə Nazirliyi açıqlama yaydı: Süleyman Soylu vəzifəsində qalır


13-04-2020, 08:41.

            Türkiyə Rabitə Nazirliyi açıqlama yaydı: Süleyman Soylu vəzifəsində qalır

 

Türkiyənin Rabitə Nazirliyi açıqlama yayaraq daxili işlər naziri Süleyman Soylunun vəzifəsinə davam etdiyini bildirib.

Musavat.com-un məlumatına görə, açıqlamada deyilir:"15 iyulda baş vermiş çevriliş cəhdindən dərhal sonra daxili işlər naziri vəzifəsinə təyin olunmuş Süleyman Soylu bu günə qədər uğurlu çalışmaları ilə millətimizin təqdirini qazanıb. Terror təşkilatlarının ölkəmizdəki fəaliyyətinin mühüm ölçüdə azalmasında cənab nazirimizin apardığı qərarlı mücadilənin böyük payı var. Eyni zamanda, zəlzələ kimi təbii fəlakətlər baş verəndə də DİN nazirimiz daima ərazidə olaraq güclü koordinasiya həyata keçirib. Koronavirus pandemiyasi qida tədarükü, səhiyyə xidməti, ictimai təhlükəsizlik gərəkdirir. DİN nazirimiz işini uğurla davam etdirərək bu sürəcdə ölkəmizdə ictimai təhlükəsizlik barədə sıxıntı yaşanmamasını təmin edib. Cənab nazirimiz istefasını cənab prezidentimizə təqdim edib, prezidentimiz istefa tələbini uyğun görmədiyini nazirə bildirib”.

 


Вернуться назад