Главная > İqtisadiyyat > Nüfuzlu analitiklərdən neftlə bağlı bədbin proqnoz

Nüfuzlu analitiklərdən neftlə bağlı bədbin proqnoz


13-04-2020, 13:39.

         Nüfuzlu analitiklərdən neftlə bağlı bədbin proqnoz

 

OPEK+ razılaşması neft qiymətlərini stabilləşdirməycək.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, nüfuzlu Goldman Sachs analitikləri bu qənaətdədirlər.

Onlar hesab edirlər ki, tələbin kəskin azaldığı indiki şəraitdə bazardan 9,7 milyon barelin çıxarılması qiymətlərin stabilləşməsi üçün yetərli deyil. Belə ki, dünyada nefti saxlamaq üçün anbarlar dolmaq üzrədir, hasilatın 9,7 milyon barel azaldılması bazardakı artıq neftin tam olaraq aradan qalxması demək deyil. Buna görə də yaxın həftələrdə neftin qiymətində kəskin azalmalar baş verəcək.

Onu da qeyd edək ki, aprelin əvvəlindən etibarən əksər hasilatçı ölkələrdə satılmayan neftin saxlanması üçün anbarların azlığı müzakirə olunur. Hasilatçıların bir çoxunun anbarları artıq dolub, nefti tankerlərdə, dəmiryol sisternlərində, neft məhsullarını isə polietilen kisələrdə saxlamaq kimi yollara əl atılmaqdadır.

 


Вернуться назад