Главная > Maraqlı > "Twitter"in işində problemlər yaranıb

"Twitter"in işində problemlər yaranıb


12-04-2020, 19:47.

              "Twitter"in işində problemlər yaranıb

"Twitter" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Twitter"in işində texniki qüsurlar əsasən ABŞ, Böyük Britaniya, İspaniya və Rusiyada müşahidə edilib.

İstifadəçilərin təxminən 49 faizi sayta daxil ola bilmir, 28 faizi iPhone və ya iPad üçün, 22 faizi isə Android üçün tətbiqlərdə problemlərin olduğunu qeyd edir.

 


Вернуться назад