Главная > Mədəniyyət > “Pərviz oyuna azərbaycanlı olaraq gəldi, sonra isə...” - Acun Ilıcalı

“Pərviz oyuna azərbaycanlı olaraq gəldi, sonra isə...” - Acun Ilıcalı


12-04-2020, 10:34.

            "Pərviz oyuna azərbaycanlı olaraq gəldi, sonra isə...” -Acun Ilıcalı

 

Məşhur prodüser Acun Ilıcalı azərbaycanlı kikboksçu Pərviz Abdullayevin "Survivor” yarışmasında məğlub olmasından danışıb.

Musavat.com xəbər verir ki, Acun instaqramda açdığı canlı yayımda Pərvizlə bağlı ittihamlara cavab verib:"Pərvizin yarışmadan getməsi ilə bağlı səsləndirilən ittihamlar əsassızdır. Pərviz azərbaycanlı olduğu üçün oyundan getmədi. Oyuna azərbaycanlı olaraq qatıldı, sonra isə uzun müddət yarışda qaldı. Əgər azərbaycanlı olması ilə bağlı problem olsaydı, yarışa dəvət edilməzdi.Səsverməyə gəldikdə isə Azərbaycan üçün SMS-i açıq etsəydik, rahat pul da qazana bilərdik, Pərviz də çempion olardı. Amma bu, ədalətli olmayacaqdı”.

Qeyd edək ki, "Ünlüler” komandasında yarışan Pərviz səsvermədə uduzub.

 


Вернуться назад