Главная > İdman > "Tottenhem" "PSJ"nin müdafiəçisi Menyeni almaq istəyir

"Tottenhem" "PSJ"nin müdafiəçisi Menyeni almaq istəyir


12-04-2020, 10:17.

            "Tottenhem" "PSJ"nin müdafiəçisi Menyeni almaq istəyir

 

Fransanın "Pari Sen-Jermen" futbol klubunun müdafiəçisi Toma Menye karyerasını ingilis "Tottenhem"ində davam etdirə bilər.

Trend-in məlumatına görə, 28 yaşlı belçikalı ilə müqavilənin imzalanması İngiltərə komandasının baş məşqçisi Jose Mourinyo üçün prioritet məsələlərdən biridir. Portuqaliyalı mütəxəssis hazırda komandanın müdafiəçisi Serj Oryenin oyunundan razı deyil və onu əvəz etmək istəyir.

28 yaşlı Menye Paris klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq. 2019/20 mövsümündə belçikalı futbolçu 27 matçda 1 qol vurub və 2 faydalı ötürmə edib.

 


Вернуться назад