Главная > Kriminal > Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi

Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi


12-04-2020, 09:35.

           Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi

 

Şabranda qətl hadisəsi törədilib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, bu yaxınlarda həbsdən buraxılan Nahid Məmmədov 1963-cü il təvəllüdlü İstək adlı qadını və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət adlı şəxsi ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад