Главная > Aktual > Meksikada minlərlə katolik koronavirusa əhəmiyyət verməyərək, Pasxa bayramına toplaşdı – FOTOLAR

Meksikada minlərlə katolik koronavirusa əhəmiyyət verməyərək, Pasxa bayramına toplaşdı – FOTOLAR


12-04-2020, 16:26.

      Meksikada minlərlə katolik koronavirusa əhəmiyyət verməyərək,Pasxa bayramına toplaşdı – FOTOLAR

 

Bu gün dünyada katoliklər Pasxa bayramını qeyd edir. Koronavirus təhlükəsi ilə bağlı əksər ölkələrdə kilsələr bağlanıb və insanlar əvvəlkindən fərqli olaarq bayramı evdə qeyd edir.

Lakin Meksika sakinləri heç nəyə baxmayaraq Pasxa üçün bir araya gəlib. Belə ki, ölkənin Çiapas əyalətində minlərlə insan Pasxa bayramı ayininə toplaşaraq, birlikdə qeyd ediblər. Məlumata görə 5 min insanın bir araya gəldiyi ayində rahiblər iştirak etməyib.

Bununla belə Boçil, Simojovel, San Xuan Çamula əyalətlərindəki ayinlərə rahiblər də qatılıb.

Xatırladaq ki, katolik ölkə olan İtaliyada insanlar bayramı evlərində qeyd edir.

Eləcə dəBöyük Britaniya Kraliçası II Elizabet isə Pasxa bayramı ilə bağlı xalqa müraciət edərək bildirib:"İnsanlar özlərini təcrid etdiyindən builki Pasxa bayramı çoxları üçün fərqli olacaq. Lakin Pasxa bayramının keçirilməsi ləğv edilməyib. Əksinə, hazırda bu bayrama heç vaxt olmadığı qədər çox ehtiyacımız var. Koronavirus bizə qalib gələ bilməyəcək”.

Ermənistanda da bu gün kilsələr bağlıdır.

 


Вернуться назад