Главная > Mövqe > Baş nazir: “Ölkədə məhdudlaşdırıcı tədbirlər yalnız bir məqsədə xidmət edir”

Baş nazir: “Ölkədə məhdudlaşdırıcı tədbirlər yalnız bir məqsədə xidmət edir”


9-04-2020, 16:48.

              Baş nazir: "Ölkədə məhdudlaşdırıcı tədbirlər yalnız bir məqsədə xidmət edir”

 

"Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var. Eyni zamanda onların yerli istehsalı işləri istiqamətində də lazımi işlər görülür”.

Baş nazir Əli Əsədov bu fikirləri Milli Məclisə təqdim etdiyi hesabatında bildirdi. Koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edən Ə.Əsədov qeyd etdi ki, 2020-ci il martın 24-dən aprelin 7-dək xüsusi karantin rejiminin tətbiq olunması, aprelin 9-dan etibarən xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində qaydalar tətbiq edib. Ə.Əsədov qeyd etdi ki, koronavirus pandemiyası və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin milli iqtisadiyyatımız üçün təsirləri istisna edilmir. Lakin ardınca vurğuladı ki, hökumət bu təsirlərin minimuma endirilməısi üçün alətlərə malikdir və bu alətlərdən istifadə olunacaq. Baş nazir dedi ki, ölkədə məhdudlaşdırıcı tədbirlər yalnız bir məqsədə xidmət edir: "Biz bu ağır sınaqdan mümkün qədər az itkilərlə çıxmalıyıq və vətəndaşlarımızı qorumalıyıq!”

Sonda Baş nazir dedi ki, hökumət ölkənin inkişafı naminə parlamentlə birgə fəaliyyət göstərmək üçün bütün zəruri tədbirləri görmək əzmindədir.

E.Paşasoy, musavat.com

 


Вернуться назад