Главная > İdman > Koronavirusa yoluxmuş Fatih Terim sağalıb
Koronavirusa yoluxmuş Fatih Terim sağalıb7-04-2020, 12:37. |
Koronavirusa yoluxmuş Fatih Terim sağalıb"Qalatasaray"ın baş məşqçisi Fatih Terim sağalıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin koronavirus testi mənfi çıxıb. Martın 23-də koronavirus infeksiyasına yoluxduğu üçün xəstəxanaya yerləşdirilən, bir həftə sonra isə evə buraxılan 66 yaşlı mütəxəssisin son testinin cavabı onun tamam sağaldığını göstərir. Buna baxmayaraq, "cim-bom"un çalışdırıcısı aprelin 13-nə qədər evində karantin rejimində qalacaq. Qeyd edək ki, "Qalatasaray"ın koronavirusa yoluxan vitse-prezidentləri Abdurrahim Albayrak və Yusuf Günay da müalicəsini evdə davam etdirirlər.
Вернуться назад |