Главная > Ölkə > Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi

Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi


6-04-2020, 18:07.

         Milli Televiziya və Radio Şurasına yeni sədr seçildi

 

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan "Report"a bildirilib ki, iclasda təşkilati məsələlərə baxılıb.

"Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla İ.Səttarov Milli Televiziya və Radio Şurasının üzvü təyin olunmuşdu.

 


Вернуться назад