Главная > Baş Xəbər / Mövqe > Koronavirusa qarşı dərman müsbət nəticə verdi

Koronavirusa qarşı dərman müsbət nəticə verdi


6-04-2020, 14:43.

              Koronavirusa qarşı dərman müsbət nəticə verdi

 

"Uğur əldə edə bilsək..."

Ebola virusuna qarşı yaradılan və faydasız olduğu üçün istifadə edilməyən "Remdesivir” adlı dərman koronavirusa qarşı istifadədə müsbət nəticə verib.

AzNews.az xəbər verir ki, məlumatı Münhendə yerləşən "Schwabing” xəstəxanasının Baş həkimi Klemens Vendtner verib.

O, indiyə qədər 50 xəstəni sağaltdıqlarını bildirib.

"Uğur əldə edə bilsək, bu dərmanı bir-iki həftə ərzində xəstəxanalarımızda istifadə etməyə başlaya bilərik”, - K. Vendtner əlavə edib.

Dərman Berlində yerləşən "Charite” xəstəxanasında Professor Kristian Drostenin rəhbərliyindəki komanda tərəfindən sınaqdan keçirilir.

 


Вернуться назад