Главная > Aktual > Neftçalada İcra hakimiyyəti və Təhsil şöbəsinin birgə rüşvət yığımı-ŞİKAYƏT

Neftçalada İcra hakimiyyəti və Təhsil şöbəsinin birgə rüşvət yığımı-ŞİKAYƏT


5-03-2016, 23:15.
Neftçala Təhsil şöbəsində baş verən özbaşınalıqla bağlı ötən aylarda araşdırma yazımız dərc olunmuşdu.Müxtəlif informasiya agentlikləri yazımızı tirajlamışdı və Rayon təhsil şöbəsində yaşanan neqativ halların aradan qaldırmasına ümid etmişdik.Uluyol.info xəbər verir ki,bu dəfə teref.info saytına müraciət edən şikayətçi Neftçala rayon İcra hakimiyyəti və Təhsil şöbəsi əlbir olub müəllimlərdən qeyri-qanuni olaraq 20 manat pul yığır.
Adının çəkilməsini istəməyən şikayətçi bildirir ki,Neftçala təhsil Şöbəsinin müdiri Əjdər Kərimov Neftçala Rayon İcra başçısının müavini Gültəkin Sadıqovanın tapşırığı ilə məktəblərdən hər müəllimdən 20 manat pul yığmaq tapşırığı verib. Gültəkin Sadıqovanın müəllimləri hədələdiyini, pulu kim verməsə adları siyahıya alınıb İcra başçısının qarşısına qoyulacağını bildirib.Mənbə bildirir ki,Gültəkin Sadıqovanın həyat yoldaşı İcra başçısının adından Neftçala rayonunun camaatından pul yığaraq onları işə düzəldir.
 
Mövzu diqqətimizdədi,araşdırmalarımız davam edir.

Qarşı tərəfə də söz haqqı tanıyırıq
 
ULUYOL.İNFO


Вернуться назад