Главная > Siyasət > Gürcüstan XİN: Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma "seçkiləri" tanımırıq

Gürcüstan XİN: Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma "seçkiləri" tanımırıq


1-04-2020, 10:56.

        Gürcüstan XİN: Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma "seçkiləri" tanımırıq

 

Gürcüstan martın 31-də Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma "prezident” və "parlament” seçkilərini tanımır.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Sənəddə Gürcüstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub: "Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu və beynəlxalq səviyyədə qəbul edilmiş norma və hüquq prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır”.

 


Вернуться назад