Главная > Aktual > Rusiyanın koronavirusdan müalicə xəstəxanasının baş həkimi COVİD-19-a yoluxdu

Rusiyanın koronavirusdan müalicə xəstəxanasının baş həkimi COVİD-19-a yoluxdu


31-03-2020, 22:45.

      Rusiyanın koronavirusdan müalicə xəstəxanasının baş həkimi COVİD-19-a yoluxdu

 

Rusiyanın paytaxt Moskva şəhərinin Kommunarka qəsəbəsində koronavirusa yoluxan xəstələr üçün tikilən xəstəxananın baş həkimi Denis Protsenko COVİD-19 virusuna yoluxub.

 

Musavat.com xəbər verir ki, bu barədə "Rossiya 24” kanalı məlumat yayıb.

Xəbərdə Denis Protsenkonun hazırda ölkənin ən məşhur tibb adamı olduğu qeyd edilib. Belə ki, Moskvada koronavirusa yoluxmasından şübhəli hesab edilən insanların əksəriyyəti buraya gətirilir. Bundan başqa ölkənin pandemiya ilə bağlı statistikası da əsasən bu xəstəxanadan alınan məlumatlar əsasında formalaşdırılır.

Qeyd etmək lazımdır ki, ötən həftə, mart ayının 24-də prezident Vladimir Putin də Kommunarkadakı xəstəxananı ziyarət etmişdi. Ölkə başçısı burada xüsusi mühafizə geyimi ilə təchiz olunmuşdu.

Baş həkimin yoluxması xəbəri çıxdıqdan sonra gözlər Kremlə çevrilib.

Prezidentin mətbuat katibi Dmitri Peskov hər kəsi sakitləşdirərək Vladimir Putinlə bağlı "vəziyyətin nəzarətdə olduğunu” söyləyib.

 


Вернуться назад