Главная > Dünya > Avstraliya işsizlərə və sosial sığortası olmayanlara 78 milyard dollar ayırdı

Avstraliya işsizlərə və sosial sığortası olmayanlara 78 milyard dollar ayırdı


30-03-2020, 11:20.

          Avstraliya işsizlərə və sosial sığortası olmayanlara 78 milyard dollar ayırdı

 

Avstraliya Federal Hökuməti koronavirus pandemiyası ilə bağlı yaranmış böhranda iş yerlərini itirən vətəndaşlar üçün 78 milyard dollar ayırıb. Bu barədə jurnalistlərə bu gün keçirdiyi brifinqdə baş nazir Skott Morrison məlumat verib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, baş nazir bu vəsait sahibkarlara imkan verəcək ki, iş yerlərini saxlasınlar və məhdudiyyət dövrü başa çatdıqdan sonra işçiləri öz yerlərinə qaytarsınlar: "İndi xərcləməyin əls vaxtıdır. Biz indiyədək görünməyən bir hal yaşayırıq, həm virusla, həm də onun yaratdığı iqtisadi zəlzələ ilə mübarizə aparırıq”.

Ayrılan vəsait virus pandemiyasına görə iş yerini itirmiş bütün ölkə vətəndaşlarına 6 ay müddətində orta aylıq əmək haqqı məbləğində - 1819,5 ABŞ dolları(3 min Avstraliya dolları) ödəməyə yönəldiləcək. Bu ödənişi bütün muzdlu işçilər və fərdi sahibkarlar ala biləcəklər. Eyni zamanda Avstraliya ərazisində işləyən, lakin sosial sığorta sistemində qeydiyyatda olmayan Yeni Zelandiya vətəndaşlarına da ödəniş ediləcək.

Qeyd edək ki, Avstraliyada koronavirusa 4 203nəfər yoluxub. 17 nəfər ölüb, 244 nəfər sağalıb.

 


Вернуться назад