Главная > İqtisadiyyat > Neftin qiyməti 24 dollardan aşağı düşdü

Neftin qiyməti 24 dollardan aşağı düşdü


30-03-2020, 10:17.

            Neftin qiyməti 24 dollardan aşağı düşdü

 

Həftənin ilk iş günü neft üçün yaxşı başlamayıb. Belə ki, birjalarda ciddi qiymət enişi yaşanmaqdadır.

Musavat.com xəbər verir ki, Bakı vaxtı ilə saat 08.53-də Londonun ICE birjasında Brent markalı neftin bir barel 6,26 faiz ucuzlaşaraq 23,37 dollara satılıb.

Nyu-Yorkun NYMEX elektron birjasında WTI neftinin qiyməti isə 5,02 faiz ucuzlaşaraq 20,43 dollar təşkil edib.

Artıq 5 həftədir ki, hər iki marka ucuzlaşmağa davam edir.

 


Вернуться назад