Главная > Ölkə > "Milli Məclisin plenar iclasları onlayn qaydada keçirilə bilər" - spiker

"Milli Məclisin plenar iclasları onlayn qaydada keçirilə bilər" - spiker


30-03-2020, 11:57.

           "Milli Məclisin plenar iclasları onlayn qaydada keçirilə bilər" - spiker

 

Milli Məclisin iclası öz işini davam etdirir. Spiker Sahibə Qafarova yaranmış vəziyyətlə əlaqədar olaraq cari məsələlər ətrafında müzakirələrə vaxt ayırmamağı təklif etdi və deputatlar da təklifi razılıqla qarşıladılar.

S.Qafarova koronavirus təhlükəsindən bəhs etdi: "Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb. Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin gördüyü işlər nəticəsində bu infeksiya ilə balı ölkəmizdə qabaqlayıcı işlər həyata keçirilir”.

Sədr bildirdi ki, Milli Məclis koronovirusla mübarizə çərçivəsində xüsusi iş rejimində fəaliyyət göstərir: "Komitə iclasları onlayn şəkildə keçirilir. Yaranmış vəziyyətlə əlaqədar olaraq biz Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşırırıq”.

S.Qafarova dedi ki, jurnalistlər üçün parlamentin ikinci mərtəbəsində xüsusi monitorlar quraşdırılıb və onlar iclası canlı olaraq izləyirlər.

Qeyd edək ki, parlament zalının girişində deputatlar üçün spirt və qoruyucu maska qoyulub.

E.Paşasoy, musavat.com

 


Вернуться назад