Главная > Region > Azərbaycanda havanın temperaturu yüksəlib

Azərbaycanda havanın temperaturu yüksəlib


24-03-2020, 13:47.

                 Azərbaycanda havanın temperaturu yüksəlib

 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, martın 24-ü gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib.

Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də iqlim normasından 4.5° yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Aran rayonlarında 17-19° isti, dağlıq rayonlarda 11°-dək isti, Naxçıvan MR-da 18°-dək yüksəlib.

 


Вернуться назад