Главная > İqtisadiyyat > Trilyonluq şirkətlər milyardlara düşdü

Trilyonluq şirkətlər milyardlara düşdü


24-03-2020, 13:25.

                 Trilyonluq şirkətlər milyardlara düşdü

 

Bu həftənin ilk günü keçirilən hərraclarda səhmləri ən çox dəyərsizləşən dünya nəhənglərindən biri Apple İnc.-dir.

Dəyərsizləşmə nəticəsində şirkətin bazar dəyəri ötən ilin oktyabrından bəri ilk dəfə olaraq 1 trilyon dollardan aşağı düşüb. Dünənki hərraclarda səhmlərin 2,1 faiz ucuzlaşması nəticəsində şirkət 224,37 milyon dollar itirib.

Bu ilin fevralında Apple-in bazar dəyəri 1,4 trilyon dollar təşkil etmişdi. İndiyədək bu məbləğ 31 faizə qədər azalıb. Apple koronavirusun ona zərər vurduğunu açıqlayan ilk şirkətlərdəndir. Fevralda şirkət virus pandemiyasında görə gəlir proqnozuna əməl edə bilməyəcəyini açıqlamışdı.

Bazar dəyəri 1 trilyon dollardan yuxarı olan ABŞ şirkətlərindən Microsoftun dəyəri dünən 1,03 trilyon dollar, , Amazon –un dəyəri 947 milyard dollar, Alphabet Inc.-in dəyəri isə 725 milyard dollar təşkil edib.

Dünyada bazar dəyəri 1 trilyon dollardan yuxarı olan yeganə qeyri-ABŞ şirkəti Saudi Aramco-nun səhmləri də 25 faizə qədər ucuzlaşıb. Nəticədə şirkətin bazar dəyəri 2 trilyon dollardan 1,5 trilyon dollara düşüb.

 


Вернуться назад