Главная > Baş Xəbər / Dünya > Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9 mini keçib

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9 mini keçib


24-03-2020, 10:07.

            Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9 mini keçib

 

Cənubi Koreyada yeni növ koronavirusa (COVİD-19) daha 76 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə Koreya xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin birliyi (KCDC) xəbər verib.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 9037 nəfərə çatıb, onlardan 120 nəfəri ölüb.

Məlumata əsasən, ən çox yoluxma halları Tequ (31) şəhərində qeydə alınıb. Ölkənin paytaxtı Seulda isə koronavirusa 4 nəfər yoluxub.

 


Вернуться назад