Главная > Region > Neftçalada mənzildə partlayış olub
Neftçalada mənzildə partlayış olub24-03-2020, 09:42. |
Neftçalada mənzildə partlayış olubNeftçalada mənzildə qaz sızmasından partlayış baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Neftçala şəhəri H.Əliyev prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində 1932-ci il təvəllüdlü İmanova Bacıbacı Allahverdi qızına məxsus mənzildə partlayış baş verib. Partlayış nəticəsində ev sahibi 3-cü dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Partlayışın gücündən blokda yerləşən 7 mənzilə və binanın qarşısında dayanan 3 avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад |