Главная > Aktual > Olimpiada-2020 təxirə salınır
Olimpiada-2020 təxirə salınır24-03-2020, 09:55. |
Olimpiada-2020 təxirə salınırBeynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Paund Beynəlxalq Olimpiya Komitəsinin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiadasının digər tarixlərə keçiriləcəyini bildirib. Trend-in məlumatına görə, daha əvvəl Avstraliya və Kanadanın milli olimpiya komitələri ölkələrinin 2020-ci ildə Tokiodakı Olimpiya oyunlarında iştirak etməmələri barədə qərar qəbul ediblər. "BOK-da olan məlumata əsasən, təxirə salınma haqqında qərar qəbul edilib. Əlavə addımlar hələ müəyyənləşdirilməyib, amma oyunların iyulun 24-də başlamayacağını dəqiq bilirəm", - D.Paund "USA TODAY Sports" portalında deyib. Xatırladaq ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.
Вернуться назад |