Главная > GÜNDƏM > Dünyada koronavirusa yoluxanların sayı 307 min nəfəri ötdü

Dünyada koronavirusa yoluxanların sayı 307 min nəfəri ötdü


22-03-2020, 10:42.

                Dünyada koronavirusa yoluxanların sayı 307 min nəfəri ötdü

 

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 300 min nəfəri ötüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd olunub ki, hazırda dünya üzrə307 277yoluxma halı qeydə alınıb,92 372nəfər sağalıb,13 048nəfər dünyasını dəyişib.

Ən çox yoluxma Çində qeydə alınıb -81 345nəfər. İkinci yeri İtaliya (53 578), üçüncü yerdə ABŞ (26 747) qərarlaşıb.

Koronavirusa görə ən ağır vəziyyətin mövcud olduğu on ölkə sırasına İspaniya(25 496), Almaniya (22 364), İran (20 510), Fransa (14 485), Cənubi Koreya (8 897) və Böyük Britaniya (5 067) daxildir.

 


Вернуться назад